All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Biz bu gözəlliklərə birgə qanadlanmışıq,

Ayaz Arabaçı

Biz bu gözəlliklərə birgə qanadlanmışıq, İnanmıram sən dönüb,məndən üz addadarsan. Qönçə dalından qopub könlümü ballandıran, Gül dodağından beş-üç tələffüz addadarsan..

Çox da yubandırma ha, yaz mənə rəyni yolla, Rəy dediyim şeydə sən, yalnız ürəyni yolla, Qovuşuram hər dəfə vəslinə əyri yolla, Heç olmasa bir dəfə məni düz addadarsan.

Yoxdu günəş qovmağa, əldə səfil zülməti, Məndə ömürlük sürür, bircə səfin zülməti, Sanki qəbirdən gəlir siz tərəfin zülməti, Evinizin üstünə bir ulduz addadarsan.

Möhürləmək bu eşqi, nəyi pisdi, öpüşnən, Öldürüblər səhnədə bir artisti öpüşnən, Hərarəti sönməyən , sən bu isti öpüşnən, Neçə şaxta, neçə qış, neçə buz addadarsan.

Bu sonunci dövrədi, kefim qədər yanmışam, Bu dəfəki atəşi çox daha gur sanmışam, Qara sevda deyilən qumara qurşanmışam, Mənə oyundan qabaq iki "tuz" addadarsan..

Yüz dəfə ayrılmışıq, min dəfə yaddaşmışıq, Sevgi deyib keçməyək, çox şeyə qatdaşmışıq, Biz bu ağır sınaqdan indi rahatdaşmışıq, Eşqimizin başına bir az duz addadarsan.

Published online