All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Birinci zərbəni çox böyük aldım,

Ayaz Arabaçı

Birinci zərbəni çox böyük aldım, O gündən qəlbimə dərdi yük aldım, Bir qıza pul yığıb bir üzük aldım, Gördü ki ucuzdu,taxmıram dedi.

Kaş ki,olmayaydı o görüş,o çağ, Söndü içimdəki közərən ocaq, Dedim bu dünyanı su aparacaq, Göz yaşım: - inanma,axmıram dedi.

Bəd dilə vurmağa kilid istədim, Sədaqət ummağa bir it istədim, Vüsala əl açıb kibrit istədim, Həsrəti yandırıb-yaxmıram dedi.

Könlümü qocalmış bir aha tutdum, Savaba çevirdim,günaha tutdum, Ağlayıb üzümü Allaha tutdum, Ağlamaq işinə baxmıram dedi.

Published online