Şeir · Azərbaycan
Birinci zərbəni çox böyük aldım,
Birinci zərbəni çox böyük aldım, O gündən qəlbimə dərdi yük aldım, Bir qıza pul yığıb bir üzük aldım, Gördü ki ucuzdu,taxmıram dedi.
Kaş ki,olmayaydı o görüş,o çağ, Söndü içimdəki közərən ocaq, Dedim bu dünyanı su aparacaq, Göz yaşım: - inanma,axmıram dedi.
Bəd dilə vurmağa kilid istədim, Sədaqət ummağa bir it istədim, Vüsala əl açıb kibrit istədim, Həsrəti yandırıb-yaxmıram dedi.
Könlümü qocalmış bir aha tutdum, Savaba çevirdim,günaha tutdum, Ağlayıb üzümü Allaha tutdum, Ağlamaq işinə baxmıram dedi.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/birinci-zerbeni-cox-boyuk-aldim/