Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Bitdi bir gün əlimin sehrli səyahəti

Ayaz Arabaçı

Bitdi bir gün əlimin sehrli səyahətidalğalı saçlarında.Qoy daha gül bitməsinKönlünün mən tərəfə baxan yamaclarında.Davam edə bilərdi bu çovgunlu-Küləkli,qar havalı gümanlar..Günəşi gözlərindən qovdu bir payız günüRütubətli dumanlar.Biz iki qədəh kimi həsrətin sağlığına boşaldıqbu sevgidə.Bəli,neynəmək olarİşığını itirir möcüzələr get-gedə.Yəqin aclıq keçirər pəhrizlərə qapanıbbir mütddət qələm-kağız.Biz əvvəlki nəğməyə qayıda bilməsək də,Əsas odu ki,varıq,əsas odu ki,sağız...pəncərəyə çırpılır isti yaz yağışları,İntihara hazırdı ümidlərin kətili.Boğuluram çəkdiyim yüzüncü papirosdanQarşıda da üzücü,bürkülü yay tətili,Mən daha çox acıdımSəndən ayrılan zaman itaətdə saxlananÇiçəklərə-quşlara...Və bir də qaraqabaqbahar məyusluğuyla yazıq doğulmuşlara.Qanadının altına alma xatirələri,İstidə tez əriyir körpə qar dənələri...

Saytda dərc olunub