All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Bir quru sevdanın oduna gülüm,

Ayaz Arabaçı

Bir quru sevdanın oduna gülüm, Yandırdım yüz dənə yaşını,getdi. O quru sevda da bir yay axşamı, Çatıb uzun-uzun qaşını,getdi.

Sarıldım hər eşqin əjdahasına, Endim ən dahanın ən dahasına, Gəlsə də qazancı can bahasına.. Atdım bu sevdanın daşını,getdi.

Bir gün bir atüstü zəngə gətirdi, Gözümdə dünyanı rəngə gətirdi, Məni şirinliyi təngə gətirdi, Saxladım ömrünü-yaşını,getdi.

Səsindən bir anda dağa dönürdüm, Əriyib-əriyib yağa dönürdüm, Onnan istədyim çağa dönürdüm, Əlimdən zamanın maşını getdi..

Nə bir dil elədi-ağız elədi.. Məni yalqızlardan yalqız elədi, Elə yaxşısını o qız elədi, Götürdü,götürdü başını,getdi..

Published online