Poem · Azərbaycan
bir qız işləyir şəhərin kənarında-
bir qız işləyir şəhərin kənarında-gecə barında.qədəmləri yüngül meh kimiadamın ürəyinin pərdələrini tərpədir.bəziləri ehmalcadirsəyinə toxunmağı qənimət bilir,bəziləri paltarına.çırpır üstündəki uğursuz atmacaları.hesaba almır onu hərisliklə süzən,his basmış bacaları.Yola verir eyhamları..heç kim cəsarət edib yandıra bilmirqəlbindəki şamları..bütün kobudluqları rəndələyir.Qarşısında ən cəsur baxışlar səndələyir.Dünyada nə ki,gözəllik varbaşlanğıcını bu qızdan götürüb.Tanrı özü də bu qızın dalınca baxıbköksünü ötürüb..fəth eləmək mümkün deyil könlünügicbəsər gülüşlərlə,nimdaş cümlələrlə.Bir qız işləyir gecə barındaakulaların arasında hünərlə.Səsi büllur badələrin cingiltisi kimi xoş.Nə kompliment desən boş!baxışları ürəklərdə çiçək bitirir.adam o qızı görəndədanışıq qabilyyətini itirir...
Published online
Source: https://ayazarabaci.com/writing/bir-qiz-isleyir-seherin-kenarinda/