Poem · Azərbaycan
Bir də bizi buludların üstünə,
Bir də bizi buludların üstünə, Qaldıracaq quş qanadlı "tu" yoxdur. Dönüb-dönüb qayıdırıq əvvələ, Niyə bizim üzümüzdə su yoxdur..
Darıxanda qollarını quclama.. Hər sözündə ümidini puçlama, Məni bircə xəyanətdə suçlama, Mənim ömür kitabımda bu yoxdur.
Xəyalınla ya Rumdayam,ya Çində, Arzularım yanıb getdi biçində.. Dəniz boyda göz yaşımın içində, Səndən sonra bir dənə də qu yoxdu.
Bir şerim var,şaxta haqda-buz haqda, Bir şerim var yara haqda,duz haqda.. Dedim gedib unudaram uzaqda, Baxdım-gördüm əlifbada "u" yoxdu.
Published online
Source: https://ayazarabaci.com/writing/bir-de-bizi-buludlarin-ustune/