All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Bir de görüm niyə belə yad gəlir,

Ayaz Arabaçı

Bir de görüm niyə belə yad gəlir,Ruhum sənə yazıçılar birliyiQan sarıdan deyilmiyəm yoxsa mən,Qohum sənə, yazıçılar birliyi?

Bir nəğməynən könlün mənə yatarmı,Heç belə də şair qanı batarmı,Mərdəkandan çəkib atsam, çatarmı,Oxum sənə yazıçılar birliyi.

Aşıq demiş, sübh açılıb, dur sallan,Məncə, sən bir dar ağacı qur sallan,Neujeli əkən yoxdu bir sağlam,Toxum sənə, yazıçılar birliyi.

Kim qaldırıb şöhrətini göylə bir,Gediş etsəm, havan sınsa öylə bir!Nədən belə az görünür, söylə bir-Çoxum sənə, yazıçılar birliyi.

Bir dəfə də qurd qarnını dəlməsin,Önünə sər, haqq-ədalət kəlməsin,Raket kimi, mərmi kimi gəlməsin,"Xox" um sənə yazıçılar birliyi.

Əşrəf olar, əyan olar nə vaxtsa,Haqq yetişib bəyan olar, nə vaxtsa,Bir gün yəqin əyan olar nə vaxtsa,Yuxum sənə Yazıçılar birliyi.

Min ildi ki, başbilənin anışdı,Səksən faiz üzvlərin xanışdı,Cavidimdən, Müşfiqimdən tanışdı,Qoxum sənə yazıçılar birliyi.

Qoruyuram bir basılmaz səngəri,Bu gün mənəm şerin Sultan Səncəri,İstəyirəm əlimdəki xəncəri,Soxum sənə yazıçılar birliyi..

Published online