All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Bir də ayıldıq ki…

Ayaz Arabaçı

İllərdi ayrılıb öz ruhumuzdanMin ağac uzağa atılan daşıq.Bizi bu menyuya salanlar ölsün,Özgə süfrəsində buğlanan aşıq.Pisin arxasına düşüb gedirik,Yaxşını görməyə hamımız çaşıq.Tək bircə düz çəkən tərəzi olsa,Hamıdan ucayıq,hamıdan başıq.Neçənci yuxuydu bilmirəm amma,Bir də ayıldıq ki,ayılmamışıq..

Hərə istədiyi zurnanı çaldı-Mərifət gözəldi,ədəb yaxşıdı…Biri qanımızı farsa caladı,Biri tovladı ki,ərəb yaxşıdı.Biz ancaq kitabdan oxuduq ki,bəs,Dünyada hər şeydən şərəf yaxşıdır.İthürən tərəfə getməyə qorxduq,Dedik işıqgələn tərəf yaxşıdı.Zülmətə apardı bizi o işıq.Bir də ayıldıq ki,ayılmamışıq..

Qovub çıxartdılar köhlən atları,Qaldı qatırlara yaşıl zəmilər.Baxmayın dağ boyda göydələnlərə,Çıxdı sonumuza bu zirzəmilər.Burnunu dalğalar elə ovdu ki,Çatladı dağ boyda polad gəmilər.Hardan gəldiyini kəsdirəmmədik,Qəfil peyda oldu vampir əmilər,İçdi qanımızı hey qaşıq-qaşıq,Bir də ayıldıq ki,ayılmamışıq.

Yorğun baxışının qadasın alım,Tək əldən səs çıxmaz,tək əldən,eyy,tək..Görmürsən nə cürə yallı gedirlər,Bu xalqın yasında bir sürü təlxək.Nolar çayımızı zəhər eləmə,Qoy fürsət bulmuşkən adamtək içək.Sənin bildiyini mən də bilirəm,Bəsdi də,bəsdi də yaxamnan əl çək.Bu hirsli vaxtımda nə başlamısan,Xətai,Cavanşir, Koroğlu,Babək…Mən axı neynim ki, aşıq, ay aşıq.Biz hələ yuxudan ayılmamışıq.

Published online