Poem · Azərbaycan
Bir az gileyliyəm mən bu yazıdan,
Bir az gileyliyəm mən bu yazıdan, Gəlmir üzüşəfəq,gəlmir üzüdan, Heç ola bilməz ki,min-min arzudan, Birciyi dən tutub sünbül olmasın.
Gəl də,gəl bu uzaq yolları çirmə, Ay donu"qirbişin", ay şalı tirmə, Sən gedib tikanın qoynuna girmə, Qəlbim də həsrətdən bülbül olmasın..
Bir də könül qıran pisin-pisidi, İçim başdan-başa eşqin hisidi, Hərə bir çiçəyin fədaisidi, Əgər sən yoxsansa min gül olmasın..
Hanı o qabaqkı "toy-düyün"lərin, Susub harayların,batıb ünlərin, Sənsiz təqvimlərə düşən günlərin, Qədəmi bu başdan yüngül olmasın.
Götür qaz qəbrimi o bel,o kürək.. Bu yorğun gəmini hayana sürək.. Boşuna yanırsa o iki ürək.. Qoy ondan sonra da bu kül olmasın..
Qurbanam deməyə nə var ki,sözdə, -Bu qədər dözübsən,bir az da döz də.. Ayaq da yorulsun,qulaq da,göz də, Yetər ki,yorulan könül olmasın...
Published online
Source: https://ayazarabaci.com/writing/bir-az-gileyliyem-men-bu-yazidan/