Poem · Azərbaycan
Bir az gözlərində günəş də doğsun,
Bir az gözlərində günəş də doğsun, Hər dəfə duman gəl, çən gəl, olamaz.. Adam göz yaşında nə qədər üzər, Gələndə bir yol da şən gəl, olamaz..
Bir gözəl arzunun dalınca qoş, tut.. Kim deyir, nə deyir, başını boş tut, Qəlbini fərəh tut, könlünü xoş tut, Heç kim sevgimizə əngəl olamaz..
Nə dərman kimisən, nə yara kimi, Qalmışam arada avara kimi, Demişdin gələcəm yanvara kimi, Verdiyin o sözə tən gəl, olamaz..
Bu sevgi nə deyil, daha nə deyil, Səhhətim elə də şahanə deyil, Uzaqlıq uğurlu bəhanə deyil, Uzaqdı uçağa min gəl, olamaz..
"Yay"ından çıxanda hər sözün oxdu.. Qarnım o sözlərə min dəfə toxdu.. Bəlkə heç gəlməyə yolpulum yoxdu, Dirənib-durubsan, "sən gəl", olamaz..
Published online
Source: https://ayazarabaci.com/writing/bir-az-gozlerinde-gunes-de-dogsun/