All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Bir az da çoxalıbdı

Ayaz Arabaçı

Bir az da çoxalıbdıçiçəklərə marağım,Sakit əsən dağ yeli qanadlanmış darağım.Yaşayıram təzədən unudulmuş hissləri,Unutmuşam büsbütün xainləri, pisləri.Qulağıma zirvədə Tanrının səsi gəlir,Hər otdan, hər çiçəkdən həyat nəfəsi gəlir.Yoxdu heç bir tərəfdə cansıxıcı binalar,Yarama məlhəm olur min-min İbn Sinalar..Dağlar gözəlliklərin bariz təzahürüdür,Bu eşqdi ürəyimi, addım-addım yürüdür.Burda neçə işıqlı, aydın səhər tapmışam,Özümə aid olan yüz-yüz şəhər tapmışam.Quşlar tamam dəmdilər, ziyafətdə vurublar,Hər ağacda bir dənə qrammafon qurublar.O qədər gözəldi ki, axıb gedən dağ çayı,O qədər rahatdı ki,"yaşıl çəmən çarpayı".Bulaqların hər biri mey dolu piyalədir,Hər tərəfim, hər yanım alov-alov lalədir.Qarşıda bir boz qaya dayanıbdı kəl kimi,Donmuşam heyrətimdən yerimdə heykəl kimi.Birdən yağış başlayır, birdən qəfil gün çıxır,Təsvirim tam alınmır, neyləsəm ölgün çıxır.Heydən düşür dizlərim, qüvvəmi toplayıram,Heyrətdən parça-parça, nüvəmi toplayıram.Basmışam təbiəti acgözlüklə bağrıma,Bizə nə olur-olsun, tək bircə sən ağrıma!Tükü də tərpənməyir bir qaya kölgəlikdə,Uzanıb baxır mənə balaca bir əlik də.Yelə də salam olsun, yağışa da, nura da,Arılar kənddən basıb gəlib çıxıb bura da.Havada nə yoxdu ki, gülüş, nəğmə, məhəbbət.Bir oğul istəyir ki, yaza bunları bənd-bənd.Bir qayanın döşünə sığınmışam yağışda,Suya dönüb gedirəm, min-min əlvan naxışda..Oyanır asta-asta mürgülü pıçıltılar..Hələ axşama çox var..

Published online