Poem · Azərbaycan
((Bayram idi koronovirus oxurdu,
Ruhun şad olsun Şəhriyar dədə...
((Bayram idi koronovirus oxurdu, Hər tərəfim kəskin spirt qoxurdu. Kosasaqqal qıyıqgözlü kişiydi. Bu haqq-hesab ancaq onun işiydi. Ağrıyırdım belimə şal bağladım. Maska taxıb Torqovıda ağladım. Ötən günlər yuxu kimi yadımda, Virus gəzdi qəfildən hər zadımda. Çavuşların batdı səsi-sədası, Yoxa çıxdı gözəllərin ədası. Şeyxülislam salavata başladı, Meyxülislam boğazını yaşladı. Karantində kəkliklərin fərəsi.. Quzuların ağı-bozu-qərəsi, Eh nə gözəl şıllaq atıb aşardıq. Kreditlə ölüm-zülüm yaşardıq Molla Qulam minacatı qurtardı, Öydə araq ehtiyatı qurtardı. Bir otaqdı,bir də bu boz pəncərə. Çox gözəldi pəncərədən mənzərə. Yasaqlandı öpüş-görüş qurtardı. Gediş-gəliş,yaylaq-örüş qurtardı. Ayrı şeyə bilirsən ki,yox güman.. Heydərbaba bu virusu boğginan.. Həkim dedi gərək hamı yad olsun, Heydərbaba könlüm necə şad olsun..))
Published online
Source: https://ayazarabaci.com/writing/bayram-idi-koronovirus-oxurdu/