Poem · Azərbaycan
Bayramınız mübarək
Bayramınız mübarək mənim neftçi dostlarım.. Yalnız sizə aiddi, bu gün bütün tostlarım.. Yeriniz şeirimin ən gözəl sətrindədir.. Zəhmətiniz mənimçün təzə süd ətrindədir. Düzdür bir çox zamanlar adınız heç anılmaz, Amma bir həqiqət var, Qələbədə, zəfərdə əməyiniz danılmaz!! Kəsməsin heç bir acı ömrünüzü yarıda, Öz eviniz bilirsiz coşqun ümmanları da. Nəfəsiniz xəzridən, səsiniz gilavardan, Sizsiniz köksümüzü dəniz kimi qabardan.. İstirahət vaxtı da ruhunuz dənizdədir.. Əgər bu gün dünyanın döyünürsə ürəyi, Sizin sayənizdədir. Sevinciniz mənimdir, kədəriniz mənimdir.. Hər ağrınız, dərdiniz, qədəriniz mənimdir. Sizin inamınızla güc tapırıq həyatda.. Şəhəri başdan- başa çapırıq dəmir atda. Dünyanın orbitindən çıxmaqdan gözəl nə var, Kişi əllərinizi sıxmaqdan gözəl nə var. Bayramınız mübarək mənim neftçi dostlarım.. Yalnız sizə aiddi, bu gün bütün tostlarım!!!
Published online
Source: https://ayazarabaci.com/writing/bayraminiz-mubarek/