Poem · Azərbaycan
Baxdım qəlbim ağrıdı, qonşum Əbülhəsənin, işdən-gücdən qalmayan qarısı zəifləmiş..
Baxdım qəlbim ağrıdı, qonşum Əbülhəsənin, işdən-gücdən qalmayan qarısı zəifləmiş..Nəyə gəldi ağrıyır, kimə gəldi ağrıyır,Canımın ağrımaqdan ağrısı zəifləmiş...
Qurbanlıq qoyun kimi ötürüb qəssablara,Dedim ki, yazma məni amansız hesablara,Ömür dözə bilərmi bu qədər əzablara,Qalası uçub getmiş, barısı zəifləmiş.
Ayaqaltına düşmüş ovqatı təlx ayinəm,Dürüst eşqinə qarşı 50 faiz xainəm,Səndə qalan tərəfdən hələ ki, arxayınam,Qəlbimin məndə qalan yarısı zəifləmiş.
Adı yoxdu ad kimi, veci yoxdu vec kimi,Donan üstə qaçardı köhnə, qədim peç kimi,Baxıram qabaqkıtək cəlb eləmir heç kimi,Qızıl misralarımın sarısı zəifləmiş..
Hər yetimə atacam, hər aca çıxardacam,Gileyini Yusifi-Sərraca çıxardacam,Bu eşqi əvvəl-axır, hərraca çıxardacam,Çoxdandı bal gətirmir arısı zəifləmiş..
Yayılardı alovu neçə-neçə qitəyə,Nə oldu birdən-birə o gücə-zabitəyə,Xırda-xırda son qoyur mənimlə rabitəyə,İçimdəki məhəbbət tanrısı zəifləmiş..
Published online
Source: https://ayazarabaci.com/writing/baxdim-qelbim-agridi-qonsum-ebulhesenin-isden-gucden-qalmayan-qarisi-zeiflemis/