All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Baxıb utanıram arvad-uşağa,

Ayaz Arabaçı

Baxıb utanıram arvad-uşağa, Mən səni nə təhər anım,bu yaşda.. Paslanıb ürəyə gedən damarlar, Heç cürə qaynamır qanım,bu yaşda..

Vaxt olub eşq üçün sail olmuşam, Dəniz olmasam da,sahil olmuşam, Mən elə əzəldən cahil olmuşam, Özümü aqilmi sanım,bu yaşda.

Gərildim çəkildim tətiyə kimi, Sıyrıldım qınımdan bir tiyə kimi, Min dəfə yaxıldı indiyə kimi, Yenə yaxılsınmı,canım,bu yaşda.

Siqarı buraxdım,şərabı atdım, Ömrümü bir az da dartıb uzatdım, İlləri sürüyüb 50-yə çatdım, Yoxdu bir şöhrətim-şanım bu yaşda..

Könlündən nə keçir yaxşı duyuram, Özüm zorla tapıb güclə doyuram, Saqqala balaca,maya qoyuram, Baxıb şübhələnir xanım,bu yaşda..

Evdə oturmaqdan yanım su çəkib, Yoxdu etibarım,qanım su çəkib, Deyirəm alışmır,canım su çəkib, Bir qız istəyir ki,yanım,bu yaşda...

Published online