Poem · Azərbaycan
Başqa cür oluram yağış yağanda,
Başqa cür oluram yağış yağanda,Yuyulur içimdən qəmim-qübarım.Uşağa dönürəm elə o anda,Təzədən başlayır yazım-baharım.
Özüm də bilmirəm nə istəyirəm,Amma ki, istəklə doluram elə.Hər şeyə o qədər həvəslənirəm,Mən ayrı bir adam oluram elə.
Başqa cür oluram yağış yağanda,Gücüm qollarıma dönür təzədən.Xəyyamın özü də bəlkə o anda,Bu qədər zövq almır meydən-məzədən.
İslana-islana qalxıram diki,Çiynimdə yolların külək məndili..Damlalar o qədər sehirkardı ki,Açır ürəyimin qıfılbəndini.
Başqa cür oluram yağış yağanda,Könlüm fərəhlənir, ürəyim gülür..Azca göy gurlayıb, şimşək çaxanda,Üstümə zər yağır, inci tökülür.
Ciddi görkəm alır pənbə buludlar,Sular vadilərdə aşıb-daşırlar.Sədəfə bürünür çiçəklər otlar,Yarpaqlar sularla pıçıldaşırlar.
Başqa cür oluram yağış yağanda,Dünyaya bir ayrı gözlə baxıram.Yorulub süst düşmüş duyğularıma,Büllur damcılardan qanad taxıram..
Oyanır yuxudan canımdakı şir,Bir yağış yağır ki..bir xanım-xatın..Ətri də rəngi də tamam dəyişir,Bir az da ballaşır dadı həyatın.
Birə-min çoxalır eşqim, həvəsim,Nəğmələr dil açır ilikdə-qanda..İlahi səslərə qovuşur səsim,Başqa cür oluram yağış yağanda.
Published online
Source: https://ayazarabaci.com/writing/basqa-cur-oluram-yagis-yaganda/