All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Balaca bir iş düşəndə əlinə,

Ayaz Arabaçı

Balaca bir iş düşəndə əlinə, Həm eşşəyi,həm öküzü yaranır.. Ətrafında parazitin,yaltağın, Bir möhtəşəm təmərküzü yaranır..

Baş qoyub da doğulduğun uyruğa, Yetən gəlib düyümlənir quyruğa, Əl altında ora-bura buyruğa, Milyon dənə məzi-müzü yaranır.

Bu nə qandı xumar gözlü çeşmədən, Saysam bəsdi beş qəpiklik beş nədən.. Burda sevinc dadammırıq heç nədən, Nədən desən ağrı,hüzün yaranır..

Ehey kim var Türkiyədə,İranda.. Yer tapmıram gizlənim bu viranda, Allah,Allah,adamların bir anda Neçə dili,neçə üzü yaranır..

Sındı getdi polad kimi sərtlərim.. Bu nə gündü-nə saatdı mərdlərim.. Ürəyimdə kişnədikcə dərdlərim, İçimdə bir cıdır düzü yaranır..

Sən get elə öz ipində boğul,can.. Vətən deməz,hər düdüyə oğul,can, Peyinlikdə çoxalandı soxulcan, Səni kimi gündə yüzü yaranır.

Published online