All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Axşam-sabah demədilər elə hey,

Ayaz Arabaçı

Axşam-sabah demədilər elə hey, İncə-incə,uzun-uzun əmdilər. Əmdilər ey,bu torpaqda nə varsa- Canavarlar quzu-quzu əmdilər.

Qazdan ayıq,quşdan usta səkdilər, Hər deşiyə pul ağacı əkdilər, Canımızın şirəsini çəkdilər, Yaramızı-duzumuzu əmdilər.

Birə düşdü haq babanın kürkünə, Bəy balalar çıxıb getdi sürgünə, Ac əmilər,ac daylar bir günə, Düz on illik ruzimizi əmdilər.

Təzə-təzə xəritələr cızıldı, Bu torpağın damarına sızıldı. Gördülər ki,altı-üstü qızıldı, Həm o üzü,həm bu üzü əmdilər.

Gülə-gülə dedilər ki,yıxıl öl, Çaşıb qaldıq bu nə toxum,bu nə döl, Qoymadılar bircə dəniz,bircə göl, Dağı-daşı,çölü-düzü əmdilər.

Həzz aldılar itə-qurda dişlədib, Həzz aldılar bağrımızı şişlədib, Hamımızı öküz kimi işlədib, Dərimizi-gönümüzü əmdilər.

Var nə bilsin yoxdan ancaq yox anlar, Nağıllardan gəlib çıxdı xoxanlar, O ağalar,o hampalar,o xanlar, Ömrümüzü-günümüzü əmdilər..

Published online