Poem · Azərbaycan
Ay qara taleyim,ay qara bəxtim,
Ay qara taleyim,ay qara bəxtim, Nə vaxt bir yuyunub ağa,çıxırsan. Adını qoyubsan yaylaq sevdası, Dərddən Füzulitək dağa çıxırsan.
Demə o qabaqkı gəncliyin qalıb, Yük altda əyilmiş kəc çiyin qalıb, Məndə bir payızlq xərcliyin qalıb, Ay ümid,əlimdən daha,çıxırsan..
Harda kül tökəsən,yuva hörəsən, Burda kar Abdulla,orda kor Həsən, Nə vaxt istəyirsən bir iş görəsən, Onda da,hər yandan "pah"a çıxırsan.
Ağırdı işimiz ağırdı qağa, Bunun hər yerindən duranı ağa.. Nə düz yol tapırsan nəfəs almağa, Nə əyri yol tapıb şaha çıxırsan.
Qurumur gözündə şeh,yazıq canım, Yıxır bir ufacıq meh,yazıq canım, Dərmanın tapılmır eh,yazıq canım, Günbəgün əriyib aha çıxırsan..
Published online
Source: https://ayazarabaci.com/writing/ay-qara-taleyim-ay-qara-bextim/