Poem · Azərbaycan
axır ki,intizarla,
axır ki,intizarla, günü axşam elədik. oturub bir masada,üz-üzə şam elədik. elə sərinlədi ki, atəşdən içim elə. istədim səhərəcən, durmadan içim elə.. bu bir sevgi deyildi eşqin əcəl təriydi. ruhumuzun dünyaya,dönüş nöqtələriydi.. dolanırdı boynuma, açıq-saçıq qolların.. açılmışdı nəfəsi,sənə gələn yolların. ətrafdakı hər şeyə, susqun və laqeyd idim, qönçə dodaqlarında, yuxulu bir beyt idim. əllərimiz dən gəzən, quştək ac oynayırdı. ehtirasla, masada gizlənpaç oynayırdı.. köksü qalxıb enirdi, alovlu pərdələrin. yumulmuşdu gözləri gecənin dərin-dərin. saçlarına qarışıb, gedirdim gecəboyu. yandırırdı ətrafı ürəyimin qaboyu.. gözlərinin işığı qaranlığı yarırdı. gözəlliyin ağlımı alırdı,aparırdı.. dedim bu nə sevgidi- dedin özün cavab ver.. ayağımın altından harasa yox oldu yer..
Published online
Source: https://ayazarabaci.com/writing/axir-ki-intizarla/