All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Atamın alnından damcı-damcı tər,

Ayaz Arabaçı

Atamın alnından damcı-damcı tər,Düşərdi torpağa bahar gələndə.Yorğun bir əməkçi imzası kimi..Bağdakı ağaclar çiçəkləyərdi,Budaqlar gülərdi elə o tərtək,Gülüb puçur-puçur çiçəkləyərdi.O tər bir balqabaq çərdəyi olubQalın çəpər boyu iməkləyərdi..Atamın alnının süzülən təri,Halal yaşamağın sənədi idi.Atamın alnının süzülən təri,Haram yeyənlərin lənəti idi.Düşərdi torpağa bahar gələndə,Düşərdi Allahın rizası kimi.Yorğun bir əməkçi imzası kimi…Tuncdan tökülmüşdü adam elə bil,Qıvrım saçlarına daraq batmazdı.Qolunun,dizinin ağrılarından,Bəzən sübhə kimi yuxu yatmazdı.Yorğunluq içində qocaldı atam,Əlləri bir qalın kitab kimiydi.Bütün yetimlərin,kimsəsizlərin,Dilindən Allaha xitab kimiydi..Harda bir çətinlik tapardı bizi,Uşaqtək düşərdi qabağımıza.Süfrədə özünə çəkilən payı,Qoyardı xəlvətcə tabağımıza..Elə o tər idi deyindiyimiz,Elə o tər idi soyuq qış günü,Buğlana-buğlana geyindiyimiz.Qışı qorxudardı alın təriylə,Əlində baltası soyuqda-buzda.Atamın alnından axan tər idi,Anamın çörəyə qatdığı duz da..

Published online