Poem · Azərbaycan
Açdı qəfil bir külək,
Açdı qəfil bir külək, Bu sevdanın baxtını.. Yerlə yeksan elədi, Hicranın paytaxtını. Qurdu şahlıq eşqimin- Ürəyində,taxtını.. Heç gərək deməyəydi, Bu görüşün vaxtını, Cəmi bircə gün qalıb..
Bir tikə sevincimi, Neçə quduz it qapır.. Alınmır ki,alınmır, Hər gün bir səbəb tapır.. Mən ona can atdıqca, Yollar yolundan sapır, Sinəmdə həyəcandan, Bir bölük atlı çapır, Cəmi bircə gün qalıb..
Yenə eyni söz deyir- Eyni tonda İlahi.. Niyə qopa bilmirəm, Nə var onda,İlahi.. Elə inandırır ki, Məni sonda,İlahi.. Elə pıçıldayır ki, Telefonda İlahi- Cəmi bircə gün qalıb..
Deyir yalan deməz ki- Sevdiyinin ləbləri. Ondan ötrü tapıblar, Stilistlər dəbləri.. Atıram ümidverən- Acı-şirin həbləri. Getmir,üzümə durub, Saatın əqrəbləri, Cəmi bircə gün qalıb..
Şeirdi də oxuyub, Hərə bir xəyal etdi.. Adicə görüntüyəm, Nə var-trafaretdi.. Dünən iki günüydü, Bu gün biri də getdi.. Bir gün də dözə bilsəm, Sabah tam tet-a-tetdi... Cəmi bircə gün qalıb...
Published online
Source: https://ayazarabaci.com/writing/acdi-qefil-bir-kulek/