All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Açılmışdı göy üzü,

Ayaz Arabaçı

Açılmışdı göy üzü,bir ananın ovcutək,Günəş dağ yamacında sürünürdü ovçutək.Sarı,qıllı hörümçəktor atmışdı bərədə.Yorğun-arğın dağ çayı uzanmışdı dərədə.Yoxuydu bir ağrı dagəlib könlümü qarsa..Gedirdim addım-addım tale hara aparsa..Rənglər,güllər,şəfəqlər,qızıl qurşaqlı çöllər..Sulara beşik olan salxım söyüdlü göllər..Gül qoxulu bir aləm..çələngi xatırladan..Sarı xallı zolaqlar,pələngi xatırladan..Səma mavi don kimi..ətəyi lalələrdən..Bir əbədi sərinlik büllur şəlalələrdən.Bəlkə bu xoşbəxtliyiyaşayıb çox az adam..Dustaqlardan qurtulmuş türmə kimi azadam..Yanırdı dağ yollarımavi bir spiraltək.Həyat axıb gedirdi damarlarımda baltək..Ağzıqara canavarsürüsündən təklənib,Uzaqlara baxırdı qayaya dirsəklənib.Sıyrılmışdı dumandanaydın,sərin bir səhər.Cığırlar yoxuşları dırmanırdı birtəhər.Külək otların üstənnazlı-nazlı əsirdi..Karvan-karvan buludlar harasa tələsirdi.Kövşəyirdi sığırlarşirin dağ yuxasını,Geyinmişdi şah palıd uzun dar çuxasını..Nəydi baxdım bilmədimayağımı dişləyən,Sonra yağış sellədi,iliyimə işləyən.Qulağıma yaralıbir durna səsi gəldiBirdən qəfil dağlara payız nəfəsi gəldi..

Published online