Poem · Azərbaycan
Aç qoynunu,
Aç qoynunu, mən gəldim Cevriyyəm... Gəldim hörümçək toru basmış xəyallardan.. Gəldim canımdakı yorğun-üzgün hallardan. Keçilməz çaylardan gəldim, uzun-uzun aylardan gəldim.. Çıxdım yuxulu dumanların, sislərin arasından.. gəldim məni uçuruma dartan pislərin arasından. O gözəl yumşaq əllərinə gəldim. Fosforlu tellərinə gəldim.. Ayaqlarımın gəldiyi qədər gəldim, Səsimin yetdiyi qədər gəldim.. Sevdiklərinin səndən getdiyi qədər gəldim.. Vız gəldi mənə bütün gəvəzəliklər.. Arxamca tutmağa ürək eləməyən köpəklər nə qədər istəyir hürsün.. Mən gəldim Cevriyyəm, Qoy bu sərxoşluq bir ömür sürsün.. Üstümdə yolların qoxusu, İçimdə hayqırışlar, Siqaramda illərin iz saldığı qırışlar.. Gəldim sən olan küçəyə,sən olan gecəyə. Gəldim sən olan yalana-sən olan gerçəyə. Aç qoynunu mən gəldim Cevriyyəm, Soruşma,dünyaın harasından, Gəldim qəlbimin yalnızlıqla,hüznlə dolu yarasından...
Published online
Source: https://ayazarabaci.com/writing/ac-qoynunu/