All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Zaman özü küləyində aparır,

Ayaz Arabaçı

Zaman özü küləyində aparır, Kimin harda nəfəsi var, izi var. Həyatdı də, bir şey yoxdu içində, Ancaq elə bərbəzəkli üzü var.

Adam bilmir nəyi nədən çıxardır, Atlara yem, quşlara dən çıxardır, Nə ki, səni hövsələdən çıxardır, Məndə ondan çox miqdarda-cüzi, var..

Ürək var ki, günnən-aynan alınmır, Aynanaynan-naynanaynan alınmır, İki söznən, iki çaynan alınmır, Bunun hələ səhrası var, düzü var..

Oyun olmur həm taleyə, həm ələ.. Çox ki, beton tökdürürsən təmələ.. Ayrılıq da asan gəlmir əmələ, Görürsən ki, yarası var, duzu var.

Bu zəhərin nəyi baldı verirsən, Deyirsən ki, virtualdı verirsən, Üç gündən bir nə sualdı verirsən.?. Həyatımda səndən başqa yüzü var.

Published online