Poem · Azərbaycan
Yüz arzudan birini də,
Yüz arzudan birini də, Quştək uçura bilmirsən. Bu bayquşlar neylədilər, İşığa, nura bilmirsən.
Ha incidin, ha küsdün də.. Qəm odunda, dərd tüstündə.. Elədiyi suç üstündə, Heç kimi vura bilmirsən.
Yaman başdan yamandı ki.. Gəldi elə yamandı ki.. Elə murdar zamandı ki, Xəyal da qura bilmirsən.
Lənət olsun ömür busa, Evdə, işdə dilin qısa.. Bircə dəfə yıxıldınsa, Qayıdıb dura bilmirsən.
Bir kimsəni tərpətdimi Zəhərdimi, şərbətdimi.. Vətəndimi, qürbətdimi, Haradı bura, bilmirsən...
Published online
Source: https://ayazarabaci.com/writing/yuz-arzudan-birini-de/