Poem · Azərbaycan
Yoxdu gül üzündə bircə eyib də,
Yoxdu gül üzündə bircə eyib də, Qüsursuz işləyib fələk,şəklini. Min dəfə öpsəm də doymaram yenə, Şeytan baxışını,kələk şəklini..
Kimin sözlüsüsən,"kimin yarısan", Dodağı ballanmış payız narısan, Sən eşqin amansız daş divarısan, Asmısan üzündən mələk şəklini.
Bir girov əzəldən bir girovundur, Sıx məni köksünə hərdən ovundur, Xəzəllər dağılmış toy albomundur, Qovur qabağında,külək,şəklini..
Qonaq bil,hörmətə,xətirə,saxla, Nöqtəni sonuncu sətirə saxla, Haçan uçub getsən,xatirə saxla, Mənə bircə dənə lələk şəklini..
Toxun əllərinin toxun,ucunda... Durmuşam dediyin "yox"un ucunda, Niyə oynadırsan oxun ucunda, Bu dilsiz-ağızsız ürək şəklini..
Published online
Source: https://ayazarabaci.com/writing/yoxdu-gul-uzunde-birce-eyib-de/