All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Yolçu gedir…

Ayaz Arabaçı

Yolçu gedir… Yol uzanır,hava qaralır, Külək vurur, soyuq kəsir, nəfəs daralır.. Yolçu gedir, yolu dağa-dərəyə düşür, Yolçu gedir, yol uzanır, itlər hürüşür. Yolçu gedir soyuq onu bitirə bilmir, Yolçu gedir, zülmət onu itirə bilmir.. Üfüqləri yarıb keçir odlu sözləri, Yolçu gedir,işıq saçır mavi gözləri- Heç bir ulduz o gözlərin bərqində deyil.. Arxasınca gələn varmı fərqində deyil. Gedir özü bir orduya bərabər adam, Kişi adam, igid adam, oğul-ər adam. Yolçu gedir… Yol uzanır,hava qaralır, Külək vurur, soyuq kəsir, nəfəs daralır.. Hiss olunmur qəzəbinin dolub-daşması, Gəliir hərdən qulağına it ulaşması. Gəlir hərdən qulağına çaqqal səsləri. (Görüm Tanrım yoxa çəksin bu nəfəsləri) O düşünür bu yer bir şər məbədi deyil. (Heç bir xalqın qaranlığı əbədi deyil.) Yolçu gedir fürsətçilər vurur, daşlayır.. O uçuşa, addım-adım dönüb təzədən, Qanadının qırıldığı yerdən başlayır.

Published online