All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Yenə çıxıb zürafətək,

Ayaz Arabaçı

Yenə çıxıb zürafətək, Boyunu hara soxursan. Həyat səhnə deyil axı, Oyunu hara soxursan.?

Alışmırıq təzə nırxa, Əhvalımız yüzün qırxa, Yumurtadan qırxa-qırxa, O yunu, hara soxursan? .

Çox çəkirik fəsadını, Qıraqda çöz təzadını, Bilirsənmi öz adını- Soyunu hara soxursan? .

Arğaclanıb, ərişlənib, Şişib, köpüb genişlənib, Sənin səsin çox işlənib, "Oy"unu hara soxursan? .

Hər təpiyə sanma, qoluq, Dəstələnib çoban-çoluq.. Dörd-beş xəstə, boynu yoluq, Qoyunu hara soxursan? .

Qırıb-çatıb" as"ımızı, Qaldırıbsan tasımızı, Qoy qurtaraq yasımızı, Toyunu hara soxursan.

Published online