Poem · Azərbaycan
Yəhərləyib altdan-üstdən bürürsən,
Yəhərləyib altdan-üstdən bürürsən,Necə gəldi, hara gəldi sürürsən,Yorulanda itə dönüb hürürsən,Ömür ki, var, bir cilovsuz atdı ey..
Çox olacaq xoruzunu banladan,Sağa çəkib, sola çəkib danladan,Sənə ancaq həqiqəti anladanİlahinin yazacağı aktdı ey..
Çox ucuzdu adamlığın karatı,İndi beş-on qotur alır baratı,Sağ olmasın taxt düzəldən xarratı,Bizim əsas düşmənimiz taxtdı ey..
Öz gözünü öz eybinə yum, arlan, ,Qaragözlü bir ülkərdə tumarlan,Aradabir adını an, xumarlan,Bilmək olmaz gülə bilər, baxtdı ey..
Xatirələr saqqız kimi çeynənər,Həyat səndən çiyrəndikcə çiyrənər,Qəfil bir gün bir əl qonar çiyninə,Atamoğlu, nə yatmısan, vaxtdı ey..
Published online
Source: https://ayazarabaci.com/writing/yeherleyib-altdan-ustden-burursen/