Poem · Azərbaycan
Yayı-qışı məndə gör,
Yayı-qışı məndə gör, Odun-buzun mən olum. Başın heç açılmasın, Yaran-duzun mən olum.
Eşq tanrıdı nədi şəkk.. Bir gövdədə bitişək, Bütün günü didişək, Qurdun-quzun mən olum.
Çıxım haqdan-əmrdən, Bir can geyim dəmirdən, Nağıl istə,ömürdən, Olsun uzun..mən olum..
Burnun qalxıb necə də.. Almırsan heç vecə də, Azsan zülmət gecədə, Dan ulduzun mən olum.
Oldu bir çox boş əmma.. Hər yan dost-tanış amma.. Hər şeydən danış,amma, Əsas mövzun mən olum..
Published online
Source: https://ayazarabaci.com/writing/yayi-qisi-mende-gor/