All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Yarpağı saralıb,çiçəyi solub,

Ayaz Arabaçı

Yarpağı saralıb,çiçəyi solub, İlahi,bir azca sula,bəxtimi. Əyləşdir ağalıq, bəylik təxtinə, Çevirmə,bu qədər qula,bəxtimi.

Saxlaya bilmirəm ehtiyat kimi, Baxır yağı kimi,baxır yad kimi, Məndən elə qaçır köhlən at kimi, Tutsaydım satardım pula,bəxtimi.

Ləzzət eləmədi bir ömür biyar, Hər iblis bir mələk donunda piar.. Düşüb gecə-gündüz diyarbədiyar, Varmı bir ozan ki,bula,bəxtimi.

Nə dilim şəkərdi, nə yaram təzə, Bir az da məzə qat,bu dərdə,məzə. Bir bilet almışam gedər-gəlməzə, Aparım azdırım tula bəxtimi.

Published online