Poem · Azərbaycan
Yapışmısan çəlik adlı dayaqdan,
Bir qocaman şair dostuma..
Yapışmısan çəlik adlı dayaqdan, Göz qoyuram fikirlisən bayaqdan, Qocaldıqca yeriməyən ayaqdan, Evdə qeybət qırırsanmı ay,ustad..
Əriyirmi qırovların-buzların, Göynədirmi yaraları duzların, Yenə sənə məktub yazan qızların, Ürəyini qırırsanmı ay,ustad.
Baş əymirsən hədəsinə yaşın da, Nağıllaşıb kipriyin də,qaşın da.. Durnagözlü bulaqların başında, Gedib məclis qurursanmı ay,ustad..
Neçəsində kef elədin postların, ləzzətlidi,doyumludu tostların, Sağlığına,ölüb-gedən dostların, Bala-bala vurursanmı ay,ustad..
Çox yemişik xəyalplov aşından, Öyrənmişik təcrübəndən-yaşından, Yala hürən gədələri başından, Əkirsənmi-burursanmı ay,ustad..
Sən ömrünü günəş kimi doğubsan, Çox arzunu beşiyində boğubsan, Yaşı minib səksənəcən qovubsan, Özün yatıb-durursanmı ay ustad..
Published online
Source: https://ayazarabaci.com/writing/yapismisan-celik-adli-dayaqdan/