All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Yağışlı günlərdə mənə zəng elə,

Ayaz Arabaçı

Yağışlı günlərdə mənə zəng elə, Buludlu günlərdə mənə zəng elə. Şimşəklər canımı gözüntək yaxan, Bu odlu günlərdə mənə zəng elə. Zəng elə bir azca bu boz dünyanı, Bu qara dünyanı rəngarəng elə. Zəng elə həminki fərəhlə danış, Zəng elə,çəkinmə ürəklə danış. Sənli günlərimdən xatirə qalan, Heç zaman solmayan o rənglə danış. Umudlu günlərdə mənə zəng elə, Bu mutlu günlərdə mənə zəng elə. Yağışlı günlərdə mənə zəng elə, Buludlu günlərdə mənə zəng elə. Yağışlı günlərdə düzəlir halım, Quşlara qoşulub çimir xəyalım. İçirəm verdiyin dərd şərbətindən, Səhərdən-axşama kefdə oluram. Yağışlı günlərdə mənə zəng elə, Yağışlı günlərdə evdə oluram. Dəstəyi bir qadın götürsə qorxma, Səsindən köksünü ötürsə qorxma. Denən ki,hanı o, bir onu çağır... Çağır o cəlladı-fironu çağır. Dəstəkdə əlinin gücünü çeynə, Qara saçlarının ucunu çeynə. Harda veyillənir denən o səfil, Qoy o da lap elə ağlayıb qəfil, Özünə əl atıb üzünü cırsın. Ya vursun divara dəstəyi qırsın. Dizləri titrəsin,əlləri əssin. Söz demək istəyim sözümü kəssin. Heç bir şey deməyə üzüm olmasın, Təsəlli verməyə sözüm olmasın. Qəfildən üzünün işığı sönsün.. Cibimin astarı üzünə çönsün.. Nə tapsın,nə bilim daha nə tapsın, Getməyə layiqli bəhanə tapsın. Mən bir az sıxılım,biraz utanım, Dalaşım,savaşım qaralsın qanım.. Yorulsun-usansın bu işgəncədən. Bakıdan,Şəkidən,ya da Gəncədən. Elə hardasansa ordan zəng elə, Əgər ölübsənsə gordan zəng elə. Bu evi-eşiyi bir-birinə vur. Bu iti,,pişiyi bir-birinə vur. Qopsun müharibə,qopsun cəng elə, Pozulsun bu nizam,bu ahəng elə. Zəng elə,zəng elə,mənə zəng elə. Dünyanı birazca rəngarəng elə..

Published online