Poem · Azərbaycan
Yada ocaq yandırıb,
Yada ocaq yandırıb,Közdən olan məmləkət.Qoldan olan məmləkət,Dizdən olan məmləkət.
Qucaq açdı iblisə,Yoluxdu bir siflisə..Oxşamadı heç bizə,Bizdən olan məmləkət..
Ruhu vardı bəbirdən..Çözülmədi cəbrdən,Təsəllisi səbrdən-"Döz"dən olan məmləkət..
Mən də düşdüm həvəsdən,Xilas yoxdu qəfəsdən,Bir quruca nəfəsdən,Sözdən olan məmləkət..
Ürəyim kin bağlayıb,Bəxtini kim bağlayıb,Gecə-gündüz ağlayıb,Gözdən olan məmləkət..
Published online
Source: https://ayazarabaci.com/writing/yada-ocaq-yandirib/