Poem · Azərbaycan
Xocalıya,Zəngilana,Ağdama,
Xocalıya,Zəngilana,Ağdama,Kəlbəcərə,Şuşayadı bu şeir..Qınağında adı yoxdu heç kimin,Ürək adlı şüşəyədi bu şeir..
Fikirliyəm,nə qışdayam,nə yazda..Gəmi kimi boğuluram dayazda,Ağrıyadı-acıyadı,bir az da,Sevincədi-nəşəyədi bu şeir.
Dərman gəzdim dərdlərimə zəhərdə,Bir üsyan var sinəmdəki qəhərdə,Bakı boyda beş milyonluq şəhərdə,Sıxışdığım köşəyədi bu şeir..
Kimi gəzsən,kimi sorsan burdadı,Yetim qalmış obayadı,yurdadı,Quzğunadı,quzuyadı,qurdadı,Pələngədi,pişiyədi bu şeir.
Mən kefimin ağasıyam köhnədən,Ağrımıza susub durub Göy,nədən..Bəzi-bəzi mətləbləri göynədən,Bir balaca haşiyədi bu şeir..
Könlüm-gözüm bulud kimi pərişan,Azalıbdı haqq yolunda vuruşan,Heyvanatı bir-birinə qarışan,Bir yiyəsiz meşəyədi bu şeir..
Allah özü qənim olsun qorxana,Adam gərək şər-böhtandan qorğana,Üstümdəki güllü-güllü yorğana,Altımdakı döşəyədi bu şeir..
Deməyin ki,cəsarəti həsləyir,Ruhunuzu şir südüynən bəsləyir,Hamınızı bütövlüyə səsləyir,Nə sünnüdü,nə şiədi bu şeir..
Son arzunun son mənzili haradı,Dünya niyə ağ libasda qaradı,Atayadı-anayadı,yaradı,Məzaradı,beşiyədi bu şeir..
Külək kəsdi yelkənimi açantək,Ağrılara vətən varmı bu cantək,Bala,sizin qorxunuzdan siçantək,Girdiyniz deşiyədi bu şeir..
Könül qoydum sevgi qatdım dadına,Peşman olmaz kim götürsə adına,Ləyaqətdə qadın kimi qadına,Kişi kimi kişiyədi bu şeir.
Bir yol səni düşünməyən,anmayan,Canın yansa,için yansa yanmayan,Heç bir şeyi anlamayan qanmayan,Eşşək oğlu eşşəyədi bu şeir..
O,tək mənəm cüt görünür cəmdə,ki..Zildən düşən sızıldamaz bəmdə ki..Hər şeyədi,hamıyadı,həm də ki,Heç kimədi,heç nəyədi bu şeir.
Published online
Source: https://ayazarabaci.com/writing/xocaliya-zengilana-agdama/