Poem · Azərbaycan
Vətən...
Səndən gələn ağrıları-dərdləri, Hər sözümdə,hər hərfimdə daşıyım.. Sən mənimçün miyon cildlik kitabsan, Yığıl mənə gəl,rəfimdə daşıyım.
Nəyin qalıb,nə verəsən pay adda, Biləmmirəm doğmadasan,ya,yadda, Mənim bircə amalım var həyatda, Namusunu görəvimdə daşıyım.
Sürünsəm də barışmıram cəzamla, Çarpışıram,əlləşirəm cüzamla, Sən bir azca ədaləti nizamla, Gecə-gündüz tərifimdə daşıyım.
Hayqırmaqdan başqa yolum varmı ki, Qırılıbdı qalxan qolum varmı ki, Mənim daha sağım-solum varmı ki, Səni hansı tərəfimdə daşıyım..
Nədən ögey anam oldun..nədən sən, Qəlbim sındı başlayanda və-dən sən, Bəxtin onda gətirib ki,Vətənsən, Məcburam ki,şərəfimdə daşıyım..
Published online
Source: https://ayazarabaci.com/writing/veten-721/