Poem · Azərbaycan
uydurulmuş xoşbəxt həyatın
uydurulmuş xoşbəxt həyatın reklamı qurtaranda gerçək aləmin mənzərəsi başlayanda hüznlü bir şeir çıxacaq əlimdən çıxacaq qəza kimi, çıxacaq küçədəki səfil adamın yırtıq ayaqqabısından boylanan sağ ayağının baş barmağı kimi. toxunuram vətənimin yaralı yerinə. ürəyim sinəmdə təpik döyür neçə illərdi xatirəmə ucaldılan vüqarıma.. ildırımlar başımın üstündə, minalar ayağımın altında.. özünü allah sayan bu qədər adamların içində kimin duası xilas edəcək məni?..
Published online
Source: https://ayazarabaci.com/writing/uydurulmus-xosbext-heyatin/