Poem · Azərbaycan
Ürəyimi ovutmağa yer düşün,
Ürəyimi ovutmağa yer düşün,Hara gedim həsrətini daşlayıb..Bir saata su basacaq şəhəri,Gözlərimin yaz yağışı başlayıb..Böyüməsin bu balaca qığılcım,Aramızda yatmayacaq qanmı var..Qınına qoy gözündəki qılıncı,Daha məndə alınacaq canmı var..Günəşə tut, çiçəkləndir ovcunu,Yetər qoşdum kafi-kafi dərdlərə.Lazımınca ödəmişəm borcumu,Gərək yoxdu bu izafi dərdlərə..Bu sazaqda, bu soyuqda düşündüm,Bir papiros tüstülətdim küçəndə..Bir nazənin avtobusdan düşürdün,Gördüm səni "Nizami"dən keçəndə..Niyə elə bükülmüşdün koftana..Elə bildim bir bənövşə rəsmisən..Dalğaları gəmiləri batıran,Saçlarını nəyə görə kəsmisən..Keçən həftə bir dəfə də dalaşdıq,Sən hələ də o söhbətdən öcmüsən..Bir halda ki, zəhlən gedir görəndə,Onda niyə ürəyimə köçmüsən..Daş basıram fəryadımın ağzına,Qıvrılıram sükutunda odamın..Bəlkə məndə qoxusunu gəzirsən,Məndən öncə vurulduğun adamın..Sıxır məni bu hesabın darlığı,Ağrılarım dərmanlardan çox olur..Mən biləni bir kişinin varlığı,Bir qadının inadında yox olur...
Published online
Source: https://ayazarabaci.com/writing/ureyimi-ovutmaga-yer-dusun/