Poem · Azərbaycan
Ürəyimdəsən,
Ürəyimdəsən, İstədiyin kimi gəzib-dolaşırsan.. Yelkənlərini açmısan- Düzlər keçirsən, dağlar aşırsan. Kəsmirəm qabağını qırmızı xətlə. Nəfəsini içirəm limonlu şərbətlə.. Ürəyindəyəm istədiyim kimi gəzib- dolaşa bilmirəm.. Görən olar deyirsən... (Ac qalmazsan,bu qədər ki, sözünü yeyirsən) "Orda bir kənd var uzaqlarda" Evinizin pəncərəsi yaddan çıxıb açıq qalıb.. məndə hələ taleyimə acıq qalıb... Mən bir adam azam, sən yüz adam çoxsan. Ürəyimdə olduğunu hesablamasaq, Uzun zamandı yoxsan..
Published online
Source: https://ayazarabaci.com/writing/ureyimdesen/