Poem · Azərbaycan
Unudulmaq istəyir adam,
Unudulmaq istəyir adam,Tamam unudulmaq.Udulmaq istəyir adamKeçmiş xatirələrin qara dəliyində udulmaq.Silinmək istəyir adam yaddaşların rütubətli divarlarından.İz buraxmadan, bir ömrün civarlarından.Unudulmaq istəyir adamadından,özündən, sözündənbaxışlarda donub qalankölgələrdən.Geydiyi paltarlardan, içdiyi sulardan, gəzdiyi ölkələrdən.Unudulmaq istəyir adam, görsün necədi unudulmağın nəşəsi.Unudulmaq istəyir adam, hayqırmaq istəyir bu səsi.Mənadımı susmaqla başladım unudulmağa,Gözümdəki aynalarıqırmaqla başladım..Xatırlanmaqəzabdır, qovrulmaqdır,Gözəldi unudulmaq vəAllahın beləadını bilmədiyibir heç kimə çevrilmək.Unudulmaq istəyir adam,Unudulmaq zamanı yenidən qurmaqdır,Vaxtın dizini yerə vurmaqdır.Özünü tanıyan kimi unudulmaq istəyir adamtərk etmək istəyir bu tanışlığıvə dinmədən çıxıröz kölgəsinin altından.Unudulmaq istəyir adam.Kim var ki dünyada?Onsuz da hamı bir izdə bir sözdəbir rəsmdə qalır.
Published online
Source: https://ayazarabaci.com/writing/unudulmaq-isteyir-adam/