Poem · Azərbaycan
Üç gün,beş gün,bir həftə,
Üç gün,beş gün,bir həftə, Unutmağa vəd kəsək. Bu ağac da qurudu, Qolundan bir nərd kəsək..
Dinim tökülsün ətin, Döz lap olsa da,çətin, Hər sözün,hər söhbətin, Ayağını mərd kəsək.
Bəladan sovuşmadıq, Neynədik yovuşmadıq, Onsuz da qovuşmadıq, Heç olmasa şərt kəsək.
Ordan-burdan qapmırıq, Yoğurmuruq,yapmırıq, Çörəyə pul tapmırıq, Vacibdi ki,tort kəsək.?
Yox,dünya beş gün deyil, İş çoxdu boş gün deyil, Bu gün də xoş gün deyil, Gəl otur bir dərd kəsək.
Published online
Source: https://ayazarabaci.com/writing/uc-gun-bes-gun-bir-hefte/