All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Tətilə getdin yenə,çox uzun bir müddətə,

Ayaz Arabaçı

Tətilə getdin yenə,çox uzun bir müddətə,Ürəyini köpürdü qəzəbli dalğacıqlar..Könlüm sənin dalınca dolanıb qitə-qitə,Nə acılar çəkibsə fürsət tapsa açıqlar.

Bir ovuc təsəllini de indi hardan alm,Qəribə bir üşənti hopur ruhuma an-an..Bu dekabr günündə desəm ki, mənim halım..Suda boğulmaq kimi bir şeydi gülmə,inan.

Haramda ağrı varsa birbaşa sənsən adı,Qabaq ağrılarımın heç kimi, heç nəyiydin.Rəsmini gözlərimdə min yol yudum,solmadı,Şirin xəyallarımın bambaşqa gerçəyiydin.

Harda batdı o günəş,kim qaytarsın o qızı,Bir gün xatirələr də çürüyəcək bu nəmdə.Könlüm qızdıra bilmir bir əl boyda kağızı,İki nəfərlik şeir buza dönüb sinəmdə.

Mənasızdı təbiblər, mənasızdı ilaclar,Bir şirin ağrı kimi canıma yayılmısan..Yuxumda səhərəcən çiçəklədi ağaclar..Bu gecə üç-dörd dəfə neçədə ayılmısan..

Yaxmaz özgə bir atəş,məni atəşin kimi,Ömrüm daha bir özgə qadınla nəğmələnməz..Əyilib bükülərəm öz içimdə şin kimi,Onda ki,dodaqlarım adınla nəğmələnməz!!!

Published online