All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Təsəlli əvəzi deyirəm hərdən,

Ayaz Arabaçı

Təsəlli əvəzi deyirəm hərdən, Sözün mərtəbəsi ucadı, zərdən, Kişilik-ərənlik düşdü dəyərdən, Qullara qul olmaq zorunda qaldıq..

Balqabaq yetişdi dirriyimizdən, Tülkülər cücərdi şirriyimizdən, Araz qurumadı birriyimizdən, Həsrətin odunda-qorunda qaldıq.

İyiydi sevgimiz, iyiydi pək, pək.. Sarıldıq həpimiz silaha bərk-bərk, Bir ucu Səttarxan, bir ucu Babək, İlişib hörümçək torunda qaldıq..

Pul-para gərəkməz ruhu acana, Nə ömrə acıdıq,nə də ki, cana.. Dinəndə can dedik Azərbaycana, Amma azarında-çorunda qaldıq.

Yüz də yaz, yüz də poz azalmaz sərin.. Üzülər boğazın, soyular dərin, Burnundan uzağı görməyənlərin, Sözünə aldanıb burunda qaldıq..

Published online