All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Tərk edilmiş dayanacaqlardan,

Ayaz Arabaçı

Tərk edilmiş dayanacaqlardan,səssiz küçələrdən keçib getdik.Yuxusunudağıtdıq fosforlu gölməçələrin.Tanrı çoxdanSöndürmüşdü əl fənərini.Dodaqlarımı yaş saçlarında gəzdirdim,endirdim nəfəsinəcən,Endirdim pıçıltılı səsinəcən.Bir, iki, üç.hardandı bu güc.Dodaqlarımdan başlayan alovgözlərimi qamaşdırdı.Yeni ilə girmiş kimi olduq..Sonsuza qədər burdayıqmı dedin.Mən burdayam ,amma sən, evinə dön dedim..Bir ovuc hıçqırıq töküldü gecəyə.bir qucaq xatirə səpələndi..Xəfif külək əsdi,fosforlu gölməçələr ləpələndi.

Published online