Poem · Azərbaycan
Təəccüb içində
Təəccüb içində qaşımızı çatmayaq.. Hamımız başyeyənlərik,mətləbi uzatmayaq. Boş yerə tökməyək almaz kimi göz yaşımızı. Ən yaxşısı qoltuğumuza soxaq başımızı. Hər deyəndə cin atına minməyək. Ayıbımıza kor olaq dinməyək. İstəsək də istəməsək də öz azadlığımızı özümüz qovuşdurduq haqqın rəhmətinə. Hayıf,bizə istiqlal dadızdıran kişinin zəhmətinə. Özümüz yedik azadlığımızın başını.. Özümüz atdıq onun daşını. Ordan rus baxdı,ingilis baxdı,amerikan baxdı məmələrindən neft axan min-min buruğa.. Gedib girdik təpəl öküz kimi boyunduruğa.. Hərəmiz bir tərəfdə başımızın milçəyini qoruyuruq.. Hərəmiz bir tərəfdə ormandan uzaq ağac kimi quruyuruq. Bəsdi.. Dizimizin üstünə alınacaq şeyləri dizimizin altına qoyduq. Bəsdi.. Hər gün balalarımızın gözündə ölməkdən doyduq. Bəsdi... Önə çıxan,düz söz deyən bir-iki adam olur onun da nəfəsini kəsirik,belini qırırıq.. Sonra da ziyalı yoxdu deyib orda-burda anqırırıq..
Published online
Source: https://ayazarabaci.com/writing/teeccub-icinde/