Poem · Azərbaycan
Şuşadan gələn duman...
Şuşadan gələn duman... Laçından gələn duman...
Hələ heç açılmayıb gözü tamam səhərin,Dağlardan enib gəlib,bir topa qərib duman.Azıb uğultusunda səsli-küylü şəhərin,Dolaşır səfil kimi küçələri nagüman.
Keçir svetafordan,dönür bulvara tərəf,Şəhərin üstə sanki,süzən bir ağ varaqdı.Düzülüb qağayılar dəniz boyunca səf-səf.Bu adi duman deyil,ilin-günün bu vaxtı..
Sularda zərrin şəfəq min cürə şəklə düşür,Yuxulu gözlərini açıb çırpınır qular..Ürəyimdə bir anlıq baharla qış görüşür,Şahə qalxır at kimi sahil boyunca sular..
Ciyərimdə tıxanır bircə udumluq hava,Bir əsgərmi-qayıdıb,itkin düşmüş o vaxtlar..Kim isə pıçıldayır şükür, qurtardı dava,Sayqı duruşundadır qızılqanad qovaqlar.
İsti bir sığal çəkir günəş, buz nəfəsinə..Yox olmuş ümidlərə təzə bir ünvan gəlib..Xəyalım kəmənd atır durnaların səsinə,Bir ovuc qan içində bir topa duman gəlib..
Gözlərimdə bir ömür qanad açan nəğmədi,Yayır təravətini bir ağ qızılgül kimi..Bu bir duman deyil ki,oxunmamış namədi,Sərilibdi Xəzərin sinəsinə tül kimi..
Arxasınca boylanır Murovun sərt rüzgarı,Qos-qoca tufanların qopub saçından gəlib.Az qalıram qoynuma qoyub evə aparım.Bəlkə Şuşadan gəlib,bəlkə Laçından gəlib.
Published online
Source: https://ayazarabaci.com/writing/susadan-gelen-duman/