All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Sükutun qabırğaları bir-bir sınır içimdə,

Ayaz Arabaçı

Sevimli və əziz yazıçım Zahid Sarıtorpağa..

Sükutun qabırğaları bir-bir sınır içimdə,Hava üfunət qoxur.Dilimə gələn sözlər öz kölgəsindən qorxur.Danışmaq istədikcədodaqlarımın altında birağac qol-budaq atır boynuma doğru.Gözlərimdə qaranlıq doğur,soyuğun-qarın, qışın içindəqar dənələrini yox,ağzımda yanan sözlərinkülünü yağdırıram başıma.Tərs kimi ağlamaq dayaraşmır yaşıma!Allahdan bir az vaxt alıram..Alnım qaranlığa dirənibkölgəminharada öldüyünü axtarıram.Ötən illərin pırıltısıçürümüş metal kimi pas atıb yaddaşımda.Saniyələr dişlərini sıxıbürəyimin divarını gəmirir başımda.Offf...İndi kimin növbəsidir, içindən çürüməyə.Canımdan Sibir küləyi keçir,Yanımdan canı dişində adamlar..Hörmüz boğazına dönübzamanın boğazı,keçə bilmirəm.Göz-gözü görmür rəngləri seçə bilmirəm..

Published online