Poem · Azərbaycan
Soruşma kefimi gündə yüz dəfə,
Soruşma kefimi gündə yüz dəfə,Halım ortadadı,budu,xarabdı.Özüm də əriyib suya dönmüşəm,Ağlım da bir ovuc sudu,xarabdı.
Qorxular qocalıb abi,tənində,Qamçısı yumşalıb zabitənin də.Zayı tamam çıxıb rabitənin də,Telefon öskürür du..du..xarabdı.
Ha bükül,ha bürün,ha sarın əşşi,Çıxmaz xəstəliyin azarın əşşi,Sən ucuz dediyin bazarın əşşi,Qramı,kilosu,pudu xarabdı.
Gündə bir cür olur hökmü zərlərin,Acısı çox çəkər bu bibərlərin,Tarixə sırınan peyğəmbərlərin,Özündən öncədən bütü xarabdı.
Bu bezdən nə təhər sətin düzəlsin,Yalman ki,sümüyün,ətin düzəlsin,Dünya indən belə çətin düzəlsin,Dünyanı düzəldən ütü xarabdı.
Güya ki,xoşbəxtdi Leyli Qeys ilə,Hirslənib şəklimə baxma qeyz ilə,Bu gecə uçmuram mən bu reys ilə,Pilotlar deyir ki,bu "TU" xarabdı.
Qəlbimə dəyənlər bir az da artıb,Xeyli uzatmışam dərdimi dartıb,Ələsgər kafedə hökm çıxardıb,Dubaya gedibsə Tutu xarabdı.
Cibindən hamının əli çıxırsa,Ağıllı saydığı dəli çıxırsa,Elə hey qutudan Vəli çıxırsa,Bizdə nə günah var,qutu xarabdı.
Published online
Source: https://ayazarabaci.com/writing/sorusma-kefimi-gunde-yuz-defe/